Русский
Валюта AZN
Xalçaların kimyəvi təmizlənməsi - Химчистка ковров заказать в Баку
Заказать Xalçaların kimyəvi təmizlənməsi - Химчистка ковров
Xalçaların kimyəvi təmizlənməsi - Химчистка ковров
xalalarn_kimyvi_tmizlnmsi_himchistka_kovrov
xalalarn_kimyvi_tmizlnmsi_himchistka_kovrov
xalalarn_kimyvi_tmizlnmsi_himchistka_kovrov
xalalarn_kimyvi_tmizlnmsi_himchistka_kovrov
xalalarn_kimyvi_tmizlnmsi_himchistka_kovrov
xalalarn_kimyvi_tmizlnmsi_himchistka_kovrov

Xalçaların kimyəvi təmizlənməsi - Химчистка ковров

Цена от:
1 AZN
Продавец
Азербайджан, Баку
(Показать на карте)
+994 
Показать телефоны
Описание

Xalçaların təmizlənməsi kimi xidmət təmizlik xidmətlərinin ayrı bir növüdür və müəyyən təcrübəni və xüsusi texnika və tərkiblərdən istifadəni tələb edir. İlk baxışdan elə görünür ki, xalça örtüyünün çirkdən təmizlənməsi nisbətən sadə bir prosesdir. Lakin bunu bir dəfə müstəqil etməyə çalışdıqda görürsən ki, bu işin yerinə yetirilməsi çox zəhmət tələb edən və mürəkkəb bir prosesdir. Xalça örtüyünün hər tipi xüsusi təmizləmə üsullarından, yuyucu vasitələr və texnikadan istifadəni nəzərdə tutur. Düzgün seçilməmiş yuyucu vasitə həm məmulatın rənginə, həm də xovuna böyük zərər vura bilər.

Adətən xalçaların kimyəvi təmizlənməsi bir neçə mərhələyə həyata keçirilir. Birinci və ikinci mərhələ mütəxəssis tərəfindən xalçanın tipinin, çirklənmə dərəcəsinin öyrənilməsi və təmizləmə üsulunun və yuyucu vasitələrin seçilməsindən ibarətdir. Sonra təmizlik xidmətləri şirkətinin əməkdaşı təmizləmə üçün məhlulu xalça örtüyünün üzərinə çəkir və ekstraktor vasitəsilə xalça örtüyünü bütün çirkdən və tozdan sovuraraq təmizləyir. Bu prosedur xalçanın çirklənmə dərəcəsindən asılı olaraq və lazımi nəticəyə nail olanadək bir neçə dəfə təkrarlana bilər.  Növbəti mərhələ xalça örtüyünün yuyucu tərkiblərdən yuyulub təmizlənməsini nəzərdə tutur.

Təcrübəli əməkdaşlar tərəfindən aparılmış xalçaların keyfiyyətli və sürətli şəkildə kimyəvi təmizlənməsi istənilən xalça örtüyünə xoş və əla görünüş bağışlayacaq.

YUMŞAQ DÖŞƏMƏ ÖRTÜKLƏRİNİN TƏMİZLƏNMƏSİ

Yumşaq döşəmə örtüklərinə ənənəvi olaraq xalça örtüyü, tava daşı şəklində xalça örtüyü və xalçalar. Müasir, hətta yuyan və xüsusi filtrləri olan  tozsoran döşəmənizin tam təmizliyinə zəmanət vermir. Bu səbəbdən xalçanın və ya xalça örtüyünün təmizlənməsi kimi prosesə peşəkar yanaşma olmalıdır.  Bu faktın nəzərə alınmaması xov örtüyünün köhnəlməsinə, rəng qammasının dəyişməsinə və məmulatın xarici görünüşünün pisləşməsinə gətirib çıxardacaq.

Yumşaq döşəmə örtüklərinə dərin kimyəvi təmizləmə tələb olunur. “MAIN GROUP”un mütəxəssisləri ekstraktor maşınlarının və xüsusi kimyəvi vasitələrin köməyi ilə xalça örtüklərinin quru və ya nəm təmizlənməsini həyata keçirirlər. Həmçinin qaynar buxarın köməyi ilə yumşaq örtüklərin təmizlənməsi tətbiq olunur.

Xalçaların quru təmizlənməsi yuyucu maşınla və toz və su soranla həyata keçirilir, kiçik və orta dərəcəli cirklənmə zamanı tətbiq edilir. Xalçaların quru təmizlənməsi prosesi ondan ibarətdir ki, əvvəlcədən hazırlanmış və nisbətən quru olan köpük bütün xalçaya çəkilir. Köpük xalçada olan çirki həll edir və qısa bir müddətdən sonra əriyib yox olur. Bu üsulun xüsusiyyəti ondan ibarətdir ki, xalçanız artıq 2 saatdan sonra tamamilə quru olacaq.

Связаться с продавцом
Xalçaların kimyəvi təmizlənməsi - Химчистка ковров
Xalçaların kimyəvi təmizlənməsi - Химчистка ковров
Сравнить0
ОчиститьВыбрано позиций: 0