forbot
Все страны
Заказать ofislərdə pəncərələrin yuyulması - мойку окон в офисе по договорной цене в Баку, Азербайджан
Русский
Валюта (AZN)
Заказать ofislərdə pəncərələrin yuyulması - мойку окон в офисе по договорной цене в Баку, Азербайджан
Все разделы

Ofislərdə pəncərələrin yuyulması - Мойка окон в офисе

Добавить в избранное
Поделиться   ID: 8066:22631
Заказать Ofislərdə pəncərələrin yuyulması - Мойка окон в офисе
Описание

Pəncərələr ofis binasının xarici görünüşünün mühüm elementlərindən biridir, bu səbəbdən bütün iri şirkətlərdə onların təmizliyinə xüsusi diqqət yetirilir. “MAİN GROUP” şirkəti Sizi pəncərələrin təmizliyinə görə cavabdeh olan əməkdaşlar ştatının saxlanılması zəruriliyindən azad etməyə hazırdır. Ofisdə pəncərələrin yuyulması bizim işimizdir.Ofisin hündürlüyü əhəmiyyət kəsb etmir, biz elə edəcəyik ki, pəncərələriniz təmizlikdən parıldasın!

Əməkdaşlarımızın böyük təcrübəsi onlara öz işini tez və effektiv yerinə yetirməyə imkan verir – onlar sizin mütəxəssisləri işdən ayırmayacaq, yuma prosesi minimum vaxt aparır. Əməkdaşlarımız elə edəcək ki, pəncərələr təmizlikdən parıldasın – onlar yuma zamanı istənilən çirki problemsiz aparan xüsusi vasitələrdən istifadə edirlər. Həmin vasitələr ləkə saxlamır və şüşə səthinə mənfi təsir göstərmirlər.

Əməkdaşlarımız ofisdəki pəncərələrin yuyulmasını həm bayırdan, həm də içəridən, otaqdan həyata keçirirlər. İşçi heyətimiz sənaye alpinizmi üçün tələb olunan bütün avadanlığa malikdir. Pəncərələrin hansı hündürlükdə olması əhəmiyyətli deyil, biz onların əməkdaşlarınızı, müştərilərinizi öz təmizliyi ilə sevindirməsi, lazımi miqdarda işıq keçirməsi üçün əlimizdən gələni edəcəyik. Çirkli səthin bir santimetri belə işçi heyətimizin nəzərindən qaçmayacaq – pəncərə şüşələri, çərçivələri, pəncərə altıları və məhəccərlər, olduqları halda, təmizlikdən parıldayacaqlar!

Təmizlik və səliqə-səhman ilin istənilən fəslində öz aktuallığını itirmir, bu səbəbdən əməkdaşlarımız ofisinizin pəncərələrini bayırdakı havadan və istənilən şəraitdən asılı olmayaraq nümunəvi vəziyyətə qaytarmağa hazırdırlar. Əməkdaşlarımızın sərəncamına şüşə səthlərdə cızıq saxlamayan, xaricdə istehsal olunmuş müasir avadanlıq verilmişdir. Bu texnikanın imkanları şüşə konstruksiyalarda, ən mürəkkəb yerlərdə olan çirki təmizləməyə imkan verir.

Ofislərdə pəncərələrin yuyulması bir neçə mərhələyə bölünür:

  • çirkin səthdən mexaniki yolla təmizlənməsi;
  • şüşənin həm bayırdan, həm də içəridən yuyulması;
  • pəncərə çərçivələrinin və pəncərə altılarının təmizlənməsi;
  • novların təmizlənməsi;
  • yekun mərhələ – qalan nəmliyin aradan qaldırılması.

Pəncərə səthi ona tozu özünə hopdurmayan xüsusiyyətlər bağışlayan xüsusi vasitələrlə örtülür. Hətta binanın müəyyən xüsusiyyətləri səbəbindən  pəncərə əlçatmaz olduqda belə mütəxəssislərimiz səliqə-səhman yaradacaqlar – onlar qeyri-standart vəziyyətlərdə çıxış yolunu problemsiz tapırlar.

Şirkətimizin işçilərinin səliqəsi və nəzakəti müştərilərimizə xoş təəssürat bağışlayır. Biz paytaxtın bütün rayonlarında çalışırıq, pəncərələr Sizə uyğun bir vaxtda yuyulub təmizlənəcək – Siz əməkdaşlarımızın müəyyən bir vaxtda gəlməsi barədə razılaşa bilərsiniz.

Фотографии
  • Ofislərdə pəncərələrin yuyulması - Мойка окон в офисе
  • ofislrd_pncrlrin_yuyulmas_mojka_okon_v_ofise
  • ofislrd_pncrlrin_yuyulmas_mojka_okon_v_ofise
  • more

    Хотели бы увидеть больше фотографий?

    Попросите их у продавца товара!
Купить ofislərdə pəncərələrin yuyulması - мойку окон в офисе
Заказать
Ofislərdə pəncərələrin yuyulması - Мойка окон в офисе
Уточнить цену
Или свяжитесь с продавцом
Постарайтесь кратко описать суть вашего вопроса продавцу (минимум 20 символов)
Вернуться назадв раздел "Мойка окон витрин"
Смотрите также услуги категории "Мытье окон"
за
по товару
Ваше сообщение должно содержать не меньше 20 символов. Сообщение не может быть больше 2000 символов.
Не заполнено обязательное поле
Неверно заполнено поле
Неверно заполнено поле
Сравнить0
ОчиститьВыбрано позиций: 0