Русский
Валюта AZN
Mənzillərdə pəncərələrin yuyulması - Мойка окон в квартирах заказать в Баку
Заказать Mənzillərdə pəncərələrin yuyulması - Мойка окон в квартирах
Mənzillərdə pəncərələrin yuyulması - Мойка окон в квартирах

Mənzillərdə pəncərələrin yuyulması - Мойка окон в квартирах

Цена от:
1 AZN
Продавец
Азербайджан, Баку
(Показать на карте)
+994 
Показать телефоны
Описание

Mənzil nə qədər təmiz olsa da günəş şüalarını çətin keçirən çirkli pəncərələrə görə layiqincə qiymətləndirilməyəcək. Çirkli, tutqun və tozlu pəncərə aynaları yalnız mənzilə gələn qonaqların deyil, küçədən keçən adamların da nəzərindən qaçmır. Yalnız pəncərələrin müntəzəm yuyulması təmizliyi tamdəyərli edəcək.

Mənzildə pəncərələrin yuyulması çox vacibdir, lakin bu o demək deyil, ki dərhal ilk ələ keçən cındırı və yuyucu vasitəni götürüb pəncərə altısına dırmaşmaq lazımdır. Pəncərələrin müstəqil yuyulması sizə necə başa gələcəyini təsəvvür edin:

  • Bu olduqca böyük zəhmət tələb edən bir işdir, və pəncərə şüşələri və çərçivələrinin gözqamaşdırıcı təmizliyinə nail olmaq üçün xeyli vaxt sərf etməli olacaqsınız.
  • Pəncərə şüşələri və çərçivələri sizə artıq ideal təmiz göründükdə belə ləkə və çirk müxtəlif görünmə bucaqlarından görünə bilərlər. Məsələ ondadır ki, pəncərələrin ideal nəticələnəcək effektiv yuyulması peşəkar bacarıqlar tələb edir.
  • Pəncərələrin müstəqil surətdə yuyulması təhlükəli ola bilər – bir yanlış hərəkət insanın xəsarət almasına və hətta yıxılmasına gətirib çıxarda bilər.

Siz başınıza bu cür iş açmaq istəyirsiniz? İstəmirsinizsə keyfiyyətli avadanlıqdan istifadə etməklə sizə peşəkar təmizlik xidmətlərini təklif edən “Maingroup” şirkətinin təklifindən yararlanın. Nəticədə pəncərələriniz təmizlikdən göz qamaşdıracaq və qonşularınız sizə həsəd aparacaq.

 

ŞÜŞƏ PAKETLƏRİ NƏ QƏDƏR TEZ-TEZ TƏMİZLƏNMƏLİDİLƏR?

Evin yerindən və şüşə paketlərinin konstruksiyasından asılı olaraq mənzildəki pəncərələrin yuyulması rübdə bir dəfədən yarım ildə bir dəfəyədək hallarda tələb oluna bilər. Daima oturan toz tədricən yığılıb qalır və o vaxtında yuyulub təmizlənmədikdə şüşələrin görkəmi daha da pisləşəcək, mənzilə isə daha az günəş şüaları daxil olacaq.

Lakin fövqəladə hallar da olur, məsələn, yeni şüşə paketlərinin quraşdırılması zamanı ətrafın çirklənməsi qaçılmazdır. Buna baxmayaraq “MAIN GROUP” şirkətində çalışan peşəkarlar komandası hətta ən çətin təmizlənən çirkin öhdəsindən gələ bilər!

Lakin unutmayın ki, təmizlik xidmətlərindən nə qədər az istifadə etsəniz bir o qədər çirkin pəncərə çərçivələrinə, onların taxta və ya plastik olmasından asılı olmayaraq, hopması ehtimalı böyükdür.

Hopmuş çirk qatı heç nə ilə yuyulub təmizlənmir, bu səbəbdən qənaət edib riskə girməyin və müntəzəm surətdə təmizlik xidmətlərini sifariş edin!

 

İŞLƏR KOMPLEKSİNƏ NƏ DAXİLDİR!

Mənzildə pəncərələrin peşəkar yuyulması sadəcə şüşələrin tozdan təmizlənməsi deyil. İşlər kompleksinə aşağıdakılar daxildir:

  • Şüşələrin tozdan və istənilən digər çirkdən təmizlənməsi.
  • Maili səthlərin, çərçivələrin, karnizlərin, novların çirkdən təmizlənməsi.
  • Artıq təmizlənmiş şüşələrin, tez bir zamanda təkrar çirklənməsinin qarşısını alaraq təmizliyini uzun müddətə qoruyub saxlayacaq xüsusi vasitələrlə işlənilməsi.

 

YÜKSƏK MƏRTƏBƏLƏR

“MAIN GROUP” şirkətinin əməkdaşları öz işini mükəmməl bilən yüksək ixtisaslı peşəkarlardır. İstənilən şəraitdə təmizlik xidmətlərini göstərməyə imkan verən xüsusi avadanlıqdan istifadə olunur.

“MAIN GROUP” şirkəti mənzil pəncərələrinin, onların ölçüsündən və işlərin hansı mərtəbədə aparılacağından asılı olmayaraq, yuyulmasını təklif edir – nəticə istənilən halda qüsursuz olacaqdır.

Связаться с продавцом
Mənzillərdə pəncərələrin yuyulması - Мойка окон в квартирах
Mənzillərdə pəncərələrin yuyulması - Мойка окон в квартирах
Сравнить0
ОчиститьВыбрано позиций: 0