Русский
Валюта AZN
Girişə Nəzarət Sistemləri заказать в Баку
Заказать Girişə Nəzarət Sistemləri
Girişə Nəzarət Sistemləri

Girişə Nəzarət Sistemləri

Уточняйте цену у продавца
Продавец
Азербайджан, Баку
(Показать на карте)
+994 
Показать телефоны
Описание

Müasir şəraitdə yüksək effektli təhlükəsizlik sistemini təmin etməyə girişə nəzarət sistemləri yardım edəcək. Bu sistemlər vasitəsilə istənilən ofis binası, müəssisə və ya parkinqə kənar şəxslərin daxil olması təhlükəsini aradan qaldırmaq olar. Şirkətimiz bu cür avadanlığın “istifadəyə hazır” quraşdırılması sahəsində kifayət qədər zəngin təcrübəyə malikdir. Girişə nəzarət sistemimiz bir çox iri müəssisə və ofis mərkəzlərində tətbiq edilərək, mühafizə olunan obyektlərin ərazisinə daxil olan şəxslərin 100%-lik yoxlanmasını qüsursuz təmin edir. 

 

Avadanlığımızın inteqrasiya imkanları üstünlüyü “İntellekt” (ITV | Axxon) və ya XProtect (Milestone), eləcə də Trassir (DSSL) ilə inteqrasiyanın mümkünlüyüdür. Biz giriş nöqtələrini etibarlı turniketlər, müasir elektron qıfıllar, şlaqbaumlarla təchiz edəcəyik. Quraşdırılan avadanlıq kontaktsız kartlar vasitəsilə hər bir şəxs və ya nəqliyyat vasitəsinin girişinə icazə vermək və onu qeydə almağa imkan verir. 

 

Çox zaman bizdə istismarı rahat olan biometrik girişə nəzarət sistemləri sifariş edilir. Onların üstünlüyü əməkdaşların üzərində brelok, kart gəzdirmək zərurətinin olmamasından ibarətdir. Kənar şəxslərin itirilmiş və ya oğurlanmış kartla keçmək imkanı istisna olunur. Müəssisə əməkdaşlarının elektron kartları itirməsi problemləri aradan qalxır. Biometrik nəzarət üçün avadanlığımız təkcə avtonom deyil, həm də inteqrasiya olunmuş sistemdə işləyə bilər.

 

 

“İstifadəyə hazır” xidmətlərimizin üstünlüyü:

  1. Son nəticəyə görə tam məsuliyyət
  2. Optimal qiymət-keyfiyyət nisbətinin təmin olunması
  3. Ən ağır şəraitdə avadanlığın quraşdırılması təcrübəsi
  4. Sifarişçinin təhlükəsizlik xidmətinin əməkdaşlarının təlimi
  5. İş və avadanlığa lazımi zəmanət öhdəlikləri

 

Biz həmçinin turniketlər kimi klassik təhlükəsizlik elementlərinin quraşdırılmasını həyata keçiririk. Bizim turniketlərimiz stadionlar, iri müəssisələr, ofis mərkəzlərində quraşdırılıb. Təklif etdiyimiz çeşidlər bu mühüm elementləri təhlükəsizlik səviyyəsi tələblərinə müvafiq quraşdırmağa imkan verir. Bundan başqa, biz hər bir binanın üslub xüsusiyyətlərinə müvafiq modellər təklif edirik. 

 

 

Kiçik layihə büdcəsi ilə yüksək effektivlik 

Mütəxəssislərimizin üstünlüyü bizim layihə qərarlarını sifarişçinin istəyinə müvafiq olaraq “sıfırdan” işləyib hazırlamağımızdan ibarətdir. Quraşdırılan girişə nəzarət sistemləri müasir təhlükəsizlik tələblərinə tam cavab verir. Bizim vəzifələrimiz bununla bitmir. Mütəxəssislərimiz təlim kursu keçməklə, avadanlığın müəssisənin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən effektiv istifadəsini təmin edirlər. Bizə müraciət etməklə, nəzərdə tutulan büdcəyə müvafiq olaraq təhlükəsizlik məsələlərinin ən effektiv həllini əldə edəcəksiniz. Nəzarət olunan əraziyə fiziki giriş məsələlərini həll edərkən biz kifayət qədər yığcam büdcə ilə kifayətlənə bilirik. 

Связаться с продавцом
Girişə Nəzarət Sistemləri
Girişə Nəzarət Sistemləri
Сравнить0
ОчиститьВыбрано позиций: 0