Русский
Валюта AZN
Alpinizm işləri - Альпинистские работы заказать в Баку
Заказать Alpinizm işləri - Альпинистские работы
Alpinizm işləri - Альпинистские работы
alpinizm_ilri_alpinistskie_raboty
alpinizm_ilri_alpinistskie_raboty
alpinizm_ilri_alpinistskie_raboty
alpinizm_ilri_alpinistskie_raboty
alpinizm_ilri_alpinistskie_raboty

Alpinizm işləri - Альпинистские работы

Цена от:
0.5 AZN
Продавец
Азербайджан, Баку
(Показать на карте)
+994 
Показать телефоны
Технические характеристики
  • Мойка высотных зданий
Описание

Alpinizm işləri binanın fasad hissəsinin təmizlənməsi məqsədi ilə tikinti, sənaye və digər obyektlərdə yüksək hündürlükdə aparılan işlərin xüsusi aparılma texnologiyasıdır. Bu cür şaquli xətt boyunca hərəkət texnologiyası fəhləyə binanın istənilən sahələrinə yetişib bayır pəncərələrini istənilən çirkdən təmizləməyə yaxud qış fəslində damları qardan və buzdan təmizləməyə imkan verir.  Sənaye alpinistləri iş prosesində işin görüləcəyi yerə xüsusi qurğunun köməyi ilə, həmçinin müxtəlif alpinizm hərəkət üsullarından istifadə etməklə yetişirlər.

Yaxın keçmişədək sənaye alpinizmi müstəqil ixtisaslaşma kimi təsnif edilmirdi, bütün alpinizm işləri isə çoxmərtəbəli binalarda işləyən montajçı adlandırılan ustalar tərəfindən aparılırdı. Lakin təmizlik xidmətləri göstərən şirkətlər yarandıqdan sonra alpinizm işlərinə tələbat artdı və onlar müstəqil iş ixtiaslaşması statusunu qazandılar.

Alpinizm işlərini apararkən mütəxəssislər eyni zamanda iki məqsədə nail olmağa çalışırlar. Birinci məqsəd işlərin aparılması üçün nəzərdə tutulmuş konstruksiya sahəsinə təhlükəsiz və tez çatmaqdan, ikinci məqsəd bütün lazımi işlərin keyfiyyətli görülməsindən ibarətdir.

Alpinizm hərəkət üsullarının köməyi ilə aparılan işlərin əsas növləri aşağıdakılardır:

  • çoxmərtəbəli binaların şüşə sahələrinin yuyulması;
  • fasadların təmizlənməsi;
  • metal konstruksiyaların boyanması;
  • fasadların isidilməsi;
  • damların qardan və buz lülələrindən təmizlənməsi;
  • dam və digər montaj işləri.

Mütəxəssisin yuxarıda sadalanmış işlərdən istənilən birinin aparılması zamanı əsas təhlükəsizlik qaydaları ilə bərabər iş texnologiyasına da riayət etməsi çox vacibdir. Beləliklə, sənaye alpinistləri sadəcə peşəyə uyğun ləvazimatların köməyi ilə hərəkət etməyi bacaran insanlar deyil, eyni zamanda təmizləmə və ya montaj işlərini uğurla yerinə yetirən geniş profilli mütəxəssislərdir.

 

ALPİNİZM İŞLƏRİNİN ÜSTÜNLÜKLƏRİ

Çoxmərtəbəli binalarda aparılan işlərin digər aparılma texnologiyaları ilə müqayisədə alpinizm işlərinin bir sıra mühüm üstünlükləri vardır:

  • sürətlə hərəkət etmə qabiliyyəti;
  • funksional iş yerinin yığcamlığı və sadə təşkil edilmə qaydası;
  • obyektə yaxınlaşma yollarının vəziyyətindən asılı olmayaraq, binanın və ya metal konstruksiyanın istənilən sahəsində işlərin aparılması imkanı;
  • yükqaldıran texnikanı cəlb etmədən, yarım tonadək çəkisi olan yükün alpinizm ləvazimatlarının köməyi ilə istənilən hündürlüyə qaldırılması imkanı;
  • hündürlükdə aparılan işlər üçün istifadə edilən digər texnologiyalarla müqayisədə alpinizm işlərinin əlverişli qiymətə başa gəlməsi.

Alpinizm işlərinin mühüm xüsusiyyətlərindən biri yaxşı fiziki hazırlıq və xüsusi bacarıqlar tələb edən yüksək dərəcədə təhlükəli olmasıdır. Bu səbəbdən şirkətimizin bütün sənaye alpinistləri alpinizm ləvazimatları ilə işləmə qaydaları üzrə kurslar keçir, həmçinin hündürlüyə qalxma zamanı istifadə edilən təhlükəsizlik texnikasını ətraflı öyrənirlər. Məhz mütəxəssislərimizin yüksək ixtisası sayəsində alpinizm işləri keyfiyyətlə, təhlükəsiz və operativ surətdə yerinə yetirilir.

Связаться с продавцом
Alpinizm işləri - Альпинистские работы
Alpinizm işləri - Альпинистские работы
Сравнить0
ОчиститьВыбрано позиций: 0